İrəvanda azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşdü

İrəvanda azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşdü

23 Fevral 2012 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın paytaxtında keçirilən "EuroNest"in sosial komitəsinin iclasında azərbaycanlı və erməni deputatlar arasında ciddi qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb millət vəkili Azay Quliyevin çıxışı olub. Azay Quliyev çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, 1 milyona yaxın qaçqının olduğunu bildirib, müharibənin Azərbaycana vurduğu ziyandan, Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışıb. Bu çıxış erməni deputatları özündən çıxardıb. Onlar bunu Azərbaycanın təbliğatının növbəti mərhələsi adlandırıblar. İclasın təşkilatçısının müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Ermənistan kütləvi informasiya vasitələri iclasda iki ölkənin millət vəkilləri arasında qarşıdurmaya geniş yer veriblər.

Xatırladaq ki, Azərbaycan parlamentinin üzvləri Azay Quliyev, Rövşən Rzayev və Fərəc Quliyev "EuroNest" Parlament Assambleyasının sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən Ermənistanda səfərdədir.

O.M.