Jirinovskinin seçkiqabağı mitinqinə cəmi 20 nəfər gəldi

Jirinovskinin seçkiqabağı mitinqinə cəmi 20 nəfər gəldi

23 Fevral 2012 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Kazan şəhərinin mərkəzində Rusiya prezidentliyinə Liberal Demokrat partiyasından olan namizəd Vladimir Jirinovskinin seçkiqabağı mitinqi keçirilməli idi. Mollanur Vahidov heykəlinin ətrafındakı meydan 10 min nəfər tutumu olduğu halda boş qalmışdı. "Интерфакс-Поволжье" agentliyinin məlumatına görə, mitinqdə ən azı 300 nəfərin iştirakı nəzərdə tutulsa da, cəmi 20 nəfər iştirak edirdi. Məhz bu səbəbdən 2 saat davam etməli olan tədbir cəmi 20 dəqiqə sürdü.

Jirinovski 20 ildir Rusiyanın təlxəyi olduğu üçün 20 nəfərlik mitinqi məhz 20 dəqiqə davam etdi

Aqil Hüseynov

O.M.