İctimai Palatanın həbsdə olan üzvü əfv olunmaq və YAP-a üzv olmaq üçün prezidentə müraciət edib

İctimai Palatanın həbsdə olan üzvü əfv olunmaq və YAP-a üzv olmaq üçün prezidentə müraciət edib

21 Fevral 2012 18:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İctimai Palatanın (İP) 2 aprel 2011-ci il tarixində Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan AXCP üzvü Elnur İsrafilov prezident İlham Əliyevə müraciət edib. E.İsrafilovun müraciəti əfv olunması və Yeni Azərbaycan Partiyasının (YAP ) üzvlüyünə qəbul edilməsi ilə bağlıdır. Həmin müraciət fevralın 14-də xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə daxil olub və aidiyyatı üzrə göndərilib.

Qeyd edək ki, E.İsrafilov Səbayel rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O.M.