Milli Məclisin deputatları Ermənistana yola düşdülər

Milli Məclisin deputatları Ermənistana yola düşdülər

21 Fevral 2012 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin (MM) deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Ermənistana yola düşüblər. Deputatlar Avronest Parlament Assambleyasının Sosial komitəsinin İrəvanda keçiriləcək iclasında iştirak edəcəklər.

Komitənin toplantısında tərəfdaş dövlətlərdə vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və vətəndaş cəmiyyətində qadınların, gənclərin rolunun artırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur. Səfər fevralın 23-də başa çatacaq.

O.M.