Günün fotosu
Günün videosu
Şərhsiz
Bu gün Milli Məclis tətilə çıxır

Bu gün Milli Məclis tətilə çıxır

31 May 2019 08:56
68
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası isə iyunun 14-də keçiriləcək. Sessiya çərçivəsində komitə iclasları və iki plenar iclasın keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Milli Məclisin payız sessiyası isə sentyabrın 30-da başlayacaq.Ona