İran dünya bazarında neftin qiymətini artırmaq üçün neft tankerlərinə hücum edib

İran dünya bazarında neftin qiymətini artırmaq üçün neft tankerlərinə hücum edib

31 May 2019 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

İran dünya bazarında neftin qiymətini qaldırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin sularında dörd tankerə hücum edib.

Bu barədə ABŞ dövlət katibi Maykl Pompeo deyib.

"Bu, dünya bazarında neftin qiymətini artırmaq üçün edilib", - Reuters agentliyi cümə axşamı Pompeoya istinadən məlumat verib.

Qeyd edək ki, mayın 12-də BƏƏ-nin Oman körfəzində yerləşən Fuceyra limanında ikisi Səudiyyə Ərəbistanı, biri BƏƏ, biri isə Norveçə məxsus 4 neft tankeri hücuma məruz qalıb.

Pentaqon da tankerlərə hücumda İranı günahlandırıb, lakin İran rəsmiləri bu iddiaları rədd edib. (report)