ABŞ-Böyük Britaniya əlaqələri müzakirə ediləcək

ABŞ-Böyük Britaniya əlaqələri müzakirə ediləcək

31 May 2019 08:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp gələn həftənin ilk iş günündə Londona səfər edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Tramp Londona səfəri çərçivəsində Böyük Britaniya Baş naziri postuna namizəd Boris Conson və Brexit Partiyasının lideri Nigel Faraj ilə görüşməyi planlaşdırıb. Trampın Londona səfəri 3 gün davam edəcək. Bu müddət ərzində onun Baş nazir Tereza Meylə də görüşü nəzərdə tutulub. Trampın Londonda keçirəcəyi görüşlər zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi əsas müzakirə hədəfi olacaq. ABŞ prezidenti həmçinin İrana, Çinə, Rusiyaya və Şimali Koreyaya münasibətdə həyata keçirdiyi sanksiya siyasətinə Londondan dəstək almaq niyyətindədir.