Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş keçiriləcək

Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş keçiriləcək

31 May 2019 08:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları – Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan yaxın vaxtlarda Qarabağ üzrə növbəti görüşün keçirilməsi barədə razılaşıblar.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu haqda ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı bəyanatında deyilir.

Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar.

Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Onlar mayın 30-da Bakıya gəlib, bir sıra görüşlər keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib. Görüşlərdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.