Rusiya-Çin əlaqələri digər ölkələrə qarşı yönəlməyib

Rusiya-Çin əlaqələri digər ölkələrə qarşı yönəlməyib

30 May 2019 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiya-Çin əlaqələri digər ölkələrə qarşı yönəlməyib, lakin hər iki ölkə hər bir problemin öhdəsindən gəlməyə hazırdır".

Bu barədə Çinin xarici işlər nazirinin müavini Çjan Xanxuey bu gün keçirdiyi xüsusi brifinqdə bildirib.

Xarici işlər nazirinin müavini vurğulayıb ki, Çin və Rusiya beynəlxalq arenada aktiv əməkdaşlıq edir: "Hər iki ölkə beynəlxalq hüquq çərçivəsində dünyada sülhün, stabilliyin və ədalətin qorunması naminə BMT-ni dəstəkləyir. Ölkələrimiz çoxşaxəli və açıq iqtisadiyyatı dəstəkləyir".

Onun sözlərinə görə, Çin Kommunist Partiyasının sədri Si Cinpin Rusiyaya səfəri zamanı Moskva və Sankt Peterburqa gedəcək: "Bu səfər Rusiya-Çin münasibətlərində yeni dönəm açacaq və hər iki ölkənin inkişafına, həmçinin qlobal sülh və stabilliyə daha da güclü təkan verəcək".ONA