Azərbaycanlılar bilsin ki, ermənilərləyəm – Pozner

Azərbaycanlılar bilsin ki, ermənilərləyəm – Pozner

28 May 2019 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistana son səfərim zamanı vaxt tapıb Dağlıq Qarabağa səfər edə bilmədim.

Bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində rusiyalı məşhur jurnalist Vladimir Pozner deyib. O, Ermənistan və ermənilərə böyük simpatiyasının olduğunu bildirib.

Pozner həmçinin erməniləri çox ağıllı saydığını qeyd edib:

"Təəssüf ki, Dağlıq Qarabağda olmadım. Böyük məmnuniyyətlə Qarabağa gedərdim, amma vaxt tapa bilmədim. Gedib, öz mövqeyimi ifadə etmək istəyirdim ki, hər kəs, o cümlədən azərbaycanlılar mənim ürəyimin o tərəfdə yox, bu tərəfdə olduğunu başa düşsün".

O, Qarabağa səfərindən sonra Azərbaycanın qara siyahısına düşməkdən narahat olmadığını da deyib.Axar