ABŞ nümayəndə heyəti hərbi hissədə olub

ABŞ nümayəndə heyəti hərbi hissədə olub

28 May 2019 13:32
37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycana səfəri çərçivəsində ABŞ Konqresi Nümayəndələr palatasının xarici işlər, silahlı qüvvələr və təxsisatlar üzrə komitələri üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti hərbi hissələrdən birini ziyarət edib.
Mediainfo.az-a MN-dən verilən xəbərə görə, nümayəndə heyəti üçün ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına dair brifinq təqdim edilib, Əfqanıstanda və İraqda keçirilən əməliyyatlarda iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş təşkil olunub. Qonaqlar şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün hərbi hissədə yaradılan şəraitlə tanış olublar.
Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, regional təhlükəsizlik, eləcə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri barəsində ətraflı məlumat verilib.