"İranda rejimi dəyişməyə cəhd göstərmirik"

"İranda rejimi dəyişməyə cəhd göstərmirik"

27 May 2019 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

"İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq".

Bunu ABŞ Prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın Baş naziri Sinzo Abe ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Bir müddət əvvəl ABŞ prezident bildirmişdi ki, İran ABŞ-la danışıqlar aparmaq niyyətində olsa, Vaşinqton bu təklifi müsbət qarşılayacaq.

İranın Xarici İşlər naziri Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar. (report)