Növbəti iclas iyunun ikinci yarısında keçiriləcək

Növbəti iclas iyunun ikinci yarısında keçiriləcək

26 May 2019 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının tarixi açıqlanıb

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası iyunun ikinci yarısında keçiriləcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ona-nın Gürcüstan bürosuna müsahibəsində bildirib.

Baş nazir bu gün Gürcüstan vətəndaşlarının Keşikçidağdakı məbədə rahat şəkildə getdiklərini bildirib: "Gürcüstan mediasından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsınlar. Bu, çox emosional bir məsələdir. Komissiya öz işini davam etdirir. Bu məsələ iki qardaş və dost ölkə arasında öz həllini tapacaq".