İrandan tarixi addım: Körfəzdən zəmanət istəyir

İrandan tarixi addım: Körfəzdən zəmanət istəyir

26 May 2019 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

İran Körfəz ölkələrinə hücum etməmək paktı imzalamaq təklifi ilə çıxış edib.

Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif danışıb.

"İran üzərindəki iqtisadi və ya hərbi cəhətdən bütün müharibə cəhdlərinə qarşı müqavimət göstərəcəyik və onlarla güclü bir şəkildə üzləşəcəyik", - Zərif bildirib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İraq Prezidenti Bəhram Salehini ölkəsinə səfərə dəvət edib.

Məlumata görə, XİN rəhbəri sözügedən təklifi Bağdadda keçirilən görüş zamanı səsləndirib. Görüş zamanı ikitərəfli əməkdaşlıq perspektivləri, dünya və regiondakı son hadisələr müzakirə edilib.