Paşinyanın oğlu Aşotun xidməti yeri dəyişdirilib

Paşinyanın oğlu Aşotun xidməti yeri dəyişdirilib

24 May 2019 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşotun xidməti yeri dəyişdirilib.

Bu barədə məlumat sosial şəbəkələrdəki erməni səhifələrində yayılıb. Məlumata görə, Aşot Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib.

Məsələyə Ermənistan Müdafiə Nazirliyi də münasibət bildirib. Nazirliyin Mətbuat katibi Artsrun Ovannisyan Feysbuk səhifəsində yaydığı açıqlamada yenə Azərbaycanı ittiham edərək, dolayısı yolla həm Bakını yayılan xəbərlərin arxasında dayanmaqda ittiham edib, həm də özü də bilmədən yayılan şayiələri təsdiqləyib:

"Mən Azərbaycan stilindəki məqalə başlıqlarını şərh etməyəcəyəm. Ermənistan Silahlı Qüvvələrinin istənilən hərbçisi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif toplanış, imtahan və hərbi təlimlərdə iştirak edə bilər".Axar.az