Boltondan Arktika açıqlaması: Çin təcavüz edir, Rusiya isə...

Boltondan Arktika açıqlaması: Çin təcavüz edir, Rusiya isə...

23 May 2019 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Arktikadakı liderliyini bərpa etməlidir.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. Onun sözlərinə görə, hazırda Çin Arktikaya təcavüz edir, Rusiya isə burada hərbi mövcudluğunu artırır.

"ABŞ özünün bu regiondakı maraqları ilə birgə Arktika dövlətidir. Müttəfiqləri kimi ABŞ da bu regionda daha az gərginliyin olmasını istəyir", – deyə o bildirib.