Rusiyadan xəbərdarlıq: ABŞ ordusunu göndərsə...

Rusiyadan xəbərdarlıq: ABŞ ordusunu göndərsə...

23 May 2019 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Əgər ABŞ-ın 10 min hərbçisinin Yaxın Şərqə göndərilməsi planı reallaşdırılarsa, Rusiya buna qarşı çıxacaq.

Bunu "RİA Novosti"yə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov deyib.

"Rusiya əlbəttə ki, bu plana qarşı çıxacaq. Bu kimin xoşuna gələ bilər? Yaxın Şərqdə sadəcə növbəti gərginlik ocağı olacaq", – deyə o bildirib.

Qeyd edək ki, "Assoşeyted Press" agentliyi bundan öncə Pentaqonun Yaxın Şərqə 10 min hərbçinin göndərilməsiylə bağlı plan tərtib etdiyi haqqında məlumat yaymışdı.