Ermənistanda vəziyyət daha da gərginləşə bilər

Ermənistanda vəziyyət daha da gərginləşə bilər

22 May 2019 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Hazırda Ermənistanda hakimiyyətin müxtəlif qolları arasında qarşıdurma yaranıb. Orada əsas siyasi hakimiyyət məhkəmə hakimiyyətinə müdaxilə edir və faktiki olaraq camaatı küçələrə çağıraraq yeni qalmaqallı vəziyyət yaradırlar".

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azadinform-a politoloq Fikrət Sadıqov Ermənistanda yenidən yaranan siyasi gərginlik barədə danışarkən deyib.

Politoloq hesab edir ki, əslində Köçəryan uğrunda mübarizə bir sıra qüvvələr – Köçəryanın tərəfdarları, "Qarabağ klanı" və indiki hakimiyyət arasında olan mübarizəyə çevrilir: "Bu, özü-özlüyündə daha gərgin bir vəziyyətə gətirib çıxara bilər. Təbii ki, Köçəryan cinayətkardır və uzun illər ərzində həbsxanada qalmalıdır. Amma onu həbsxanada saxlamaq üçün müəyyən hüquqi üslublardan istifadə etmək lazımdır. Paşinyan isə bu məsələdə populist addımlar atır. Sanki bu, hələ küçə hərəkatının lideridir. Görünür, təcrübəsizlikdən özünü hələ tam mənada baş nazir hiss etmir".

F.Sadıqovun sözlərinə görə Ermənistanda baş verən bu proseslər müəyyən dərəcədə ölkədə yeni gərginliyə gətirib çıxara bilər: "Çünki artıq Paşinyana qarşı keçmişdəki kimi kütləvi dəstək nümayiş olunmur".