Çin hərbi gəmi sayında ABŞ-ı üstələdi

Çin hərbi gəmi sayında ABŞ-ı üstələdi

22 May 2019 10:11
48
Bəyəndim (0) Bəyənmədim (0)

Çin hərbi gəmilərinin sayına görə ABŞ-ı üstələyib.

Bu məlumatı "Popular mechanics" portalı yayıb. Portal hazırda Pekinin tabeliyində 300 hərbi gəminin olduğunu bildirib ki, bu da ABŞ hərbi gəmilərinin sayından 13 ədəd çoxdur.

Qeyd olunub ki, hazırda Çinin arsenalında 23 esmines, 59 freqat, 37 korvet, 76 sualtı gəmi var.

Bununla belə Çin hərbi donanmasının çatışmazlığı da yetəri qədərdir. Belə ki, Çin gəmilərinin böyük hissəsi uzaq bölgələrdə əməliyyatların aparılması üçün yararsızdır. Üstəlik, Çin 1 təyyarədaşıyan gəmiyə sahib olduğu halda ABŞ-ın 11 belə gəmisi var.(axar.az)