İran ABŞ-la danışıqlardan imtina edib

İran ABŞ-la danışıqlardan imtina edib

21 May 2019 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

İran danışıqlar barədə ABŞ prezidenti Donald Trampın təklifini rədd edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə prezident Həsən Ruhani mətbuata verdiyi açıqlamasında deyib. O bildirib ki, indiki vəziyyətdə İran ABŞ-la danışıqlara başlamaq niyyətində deyil. Ruhani İran xalqının ABŞ-a qarşı sona kimi müqavimət göstərmək niyyətində olduğunu xüsusi vurğulayıb. O xatırladıb ki, son vaxtlar ABŞ 8 dəfə İrana danışıqlara başladılması ilə bağlı təklif göndərib. Lakin İran özünün milli maraqlarından çıxış edərək bu təklifləri qəbul etməyib