ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilə bilər

ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilə bilər

17 Fevral 2012 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi ATƏT-ə üzv ölkələrin qərarından asılı olacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova bildirib: "Minsk Qrupunun 20 il ərzində səyləri nəticə verməyib, Azərbaycan da haqlı olaraq bununla bağlı narazılığını və tənqidlərini ifadə edir. Son hadisələr dolmuş səbir kasalarını daşdırdı. Siyasəti bizi qane etməyən ölkələrin həmsədrliyi məsələsi ATƏT-ə üzv ölkələrin qəbul etdiyi qərardan asılı olacaq. Bu məsələ ciddi şəkildə gündəmə gəldiyi zaman Azərbaycan öz mövqeyini ifadə edəcək. Biz Minsk Qrupunun formatının dəyişdirilməsi bağlı açıq və sərt mövqeyimizi Fransa Konstitusiya Şurasının qərarından sonra bildirəcəyik".

O.M.