"Düşmənlərimizin savaşmağa iradəsi yoxdur"

"Düşmənlərimizin savaşmağa iradəsi yoxdur"

20 May 2019 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

"Sepah" təşkilatının baş komandanı Hüseyn Səlami İranla ABŞ arasındakı son durumla bağlı fikirlər səsləndirib.

O, rəhbərlik etdiyi qurumda edilmiş yeni təyinatlarla bağlı Tehranda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, İran müharibəyə meyl etməsə də, lakin baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq gücündədir.

ABŞ-la müharibə etmək niyyətində olmadıqlarını deyən Səlami əlavə edib ki, savaşdan qorxmurlar, ona həm də tam hazırdırlar: "Düşmənlərimizin savaşmağa iradəsi yoxdur. Bizim isə onlardan fərqimiz ondadır ki, onlar müharibədən qorxurlar, biz isə qorxmuruq. Aydın məsələdir ki, mahiyyəti belə olan bir düşməni məğlub etmək asan olur"