Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib

20 May 2019 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.

ONA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, inauqurasiya mərasimi yerli vaxtla saat 10:00-da başlayıb.

İnauqurasiya mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri iştirak edib.

Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.