Petro Poroşenko siyasətdən getməyəcəyini açıqlayıb

Petro Poroşenko siyasətdən getməyəcəyini açıqlayıb

20 May 2019 08:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Petro Poroşenko siyasətdən getməyəcəyini və dövlətin Avropaya inteqrasiyası yolunda fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Dövlət başçısı Ukraynanın NATO və Avropa İttifaqı kursundan geri çəkilməsi siyasətinə qarşı çıxacağını deyib. O, yeni hökumətin Ukraynanın Avropaya inteqrasiyası istiqamətində fəaliyyətini tam dəstəkləyəcək.

Qeyd edək ki, mayın 20-da Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçiriləcək. Bununla da P.Poroşenkonun prezidentlik səlahiyyətlərinə xitam veriləcək.