Səudiyyə kralı ərəb ölkələrinə təcili toplanış dəvəti göndərib

Səudiyyə kralı ərəb ölkələrinə təcili toplanış dəvəti göndərib

19 May 2019 08:58
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl-Səud bu günlərdə krallığa və BƏƏ-yə qarşı törədilmiş hücumla əlaqədar Məkkədə təcili toplanış üçün ərəb ölkələrinin liderlərinə dəvət göndərib.

Bu barədə ölkənin xarici işlər nazirliyi "Twitter" vasitəsilə məlumat yayıb.

Görüş mayın 30-da baş tutacaq.

Qeyd edək ki, mayın 14-də Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə məxsus mərkəzi neft boru kəməri Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının pilotsuz uçan aparatlarının hücumuna məruz qalıb.

Mayın 12-də isə BƏƏ-nin 4 ticarət gəmisinə ölkə sularında diversiya hücumu edilib və gəmilər partladılıb.