Marneulidə türk əsgərlərinin xatirəsinə abidə ucaldıla bilər

Marneulidə türk əsgərlərinin xatirəsinə abidə ucaldıla bilər

18 May 2019 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazan Marneulinin Qızılhacılı kəndinə səfər edib.

Dİplomat Bakının azad edilməsi zamanı yaralanan və yolda vəfat edən türk əsgərlərinin Qızılhacılı qəbiristanlığının girişindəki məzarlarını ziyarət edib.

Yerli sakinlər ONA-ya bildiriblər ki, səfir türk əsgərlərinin xatirəsinə Qızılhacılı kəndində abidə ucaldılacağını qeyd edib.