ABŞ gəmiləri İrana zərbələr endirməyə hazırlaşırlar

ABŞ gəmiləri İrana zərbələr endirməyə hazırlaşırlar

17 May 2019 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Fars körfəzi və onun yaxınlığında minimum 7 hərbi gəmisini yerləşdirib.

Bu barədə informasiyanı ABŞ Hərbi Dəniz İnstitutunun "USNİ News" portalı yayıb. Portal bu gəmilərin "Avraam Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərliyi altında olduğunu bildirib.

Məlumata görə, Fars körfəzinə ABŞ-ın idarəolunan raketlərlə təchiz edilmiş iki esmines – "MakFaul" və "Qonzalez" daxil olublar. Onların hər birində 90-a yaxın" Tomahavk" və digər raketlərin yerləşdirilə biləcəyi vurğulanıb.

Bundan başqa, BƏƏ sahillərində "Kearsarge" universal gəmisinin qərarlaşdığı bildirilib. Onun göyərtəsində 20-30 təyyarə və helikopterin yerləşdiyi qeyd edilib. Gəmidə F-35B təyyarələrinin ola biləcəyi vurğulanıb.

"Avraam Linkoln" gəmisi isə özünə Oman sahillərində yer edib. Onunla bərabər burada "Leyte Qalf" raket kreyseri, "Bainbric" esminesinin yerləşdiyi bildirilib. Axar.az