ABŞ dövlət katibi Brüsseldə Avropa liderlərinin xəbərdarlığı ilə üzləşdi

ABŞ dövlət katibi Brüsseldə Avropa liderlərinin xəbərdarlığı ilə üzləşdi

14 May 2019 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Katibi Mayk Pompeo ilə görüşdə Britaniya, Fransa və Almaniya İranla nüvə sazişinə dəstək ifadə edib, eyni zamanda, İran körfəzində yaranan hərbi gərginliklər və Vaşinqtonun İran iqtisadiyyatını çökdürməsi barədə xəbərdarlıq ediblər.

Mediainfo.az-ın məlumatına görə, bu barədə "Amerikanın səsi" məlumat yayıb.

Bildirilib ki, Avropa müttəfiqləri ilə görüş Pompeonun səfər proqramına dəyişiklik etməsindən sonra baş tutub.

Britaniya xarici işlər naziri Ceremi Hant görüşdə tərəfləri sakitliyə çağırıb: "Biz təsadüfən konfliktin baş verəcəyi, bilməzdən hansısa tərəfin eskalasiyaya rəvac verəcəyi riskindən çox narahatıq".

Almaniya xarici işlər naziri Heyko Maas Berlinin "nüvə sazişinə İranın atom bombasına malik olmamasının əsası" kimi baxdığını söyləyib və bunun Avropanın təhlükəsizliyi üçün "həyati əhəmiyyət" daşıdığını vurğulayıb.

Fransa xarici işlər naziri Can-Yves Le Drian bəyan edib ki, ABŞ-ın İrana qarşı beynəlxalq neft ticarəti sanskiyalarını gücləndirməsi ölkəsinin maraqlarına cavab vermir.