ABŞ Yaxın Şərqə 120 min əsgər və zabit göndərir

ABŞ Yaxın Şərqə 120 min əsgər və zabit göndərir

14 May 2019 09:05
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ müdafiə nazirliyi İranın nüvə silahı ilə bağlı araşdırmalarının qarşısını almaq üçün Yaxın Şərqə 120 min əsgər göndərməyi planlaşdırıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Pentaqon bununla da İrana qarşı müharibə hazırlıqlarını davam etdirdiyini təsdiqləyib. Məsələ ilə bağlı etibarlı mənbələrdən Nyu-York Tayms-a verilən məlumatda qeyd edilib ki, bölgəyə 120 min əsgər və zabitin göndərilməsi barədə plan müdafiə naziri vəzifələrini icra edən Patrik Şanaxan tərəfindən prezident Donald Trampa təqdim edilib. Nəşrin yazdığına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun xahişi ilə hazırlanan və onun tərəfindən bəyənilən planda ilkin mərhələdə İrana qurudan müdaxilə nəzərdə tutulmayıb.