Başına 100 min dollar qoyulan “Şilan Siirt” ləqəbli Zilan Tek adlı terrorçu məhv edilib

Başına 100 min dollar qoyulan “Şilan Siirt” ləqəbli Zilan Tek adlı terrorçu məhv edilib

14 May 2019 08:32
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə terrorla mübarizə çərçivəsində Tunceli, Pülümür və Kızılmescit bölgələrində antiterror əməliyyatları həyata keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, əməliyyatlar nəticəsində 4 təhlükəli terrorçu zərərsizləşdirilib. Onlardan biri başına 100 min dollar qoyulan "Şilan Siirt" ləqəbli Zilan Tek adlı terrorçudur. Terrorçubaşı əməliyyatlar zamanı baş verən atışmada öldürülüb. Hazırda bölgədə anti terror əməliyyatları davam edir.