Pompeo Lavrovla mayın 14-də Soçidə görüşəcək

Pompeo Lavrovla mayın 14-də Soçidə görüşəcək

13 May 2019 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın dövlət katibi Maykl Pompeo Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə görüş keçirmək üçün mayın 14-də Soçiyə gedəcək.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Qeyd edək ki, bu gün Pompeonun Moskvaya səfər edəcəyi planlaşdırılırdı, amma ABŞ dövlət katibi Brüsseldə İranın nüvə sazişi ilə əlaqədar Avropa İttifaqı rəsmiləri ilə görüşdə iştirak etmək üçün səfəri təxirə salıb.