Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

13 May 2019 08:23
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 12-də Litvada keçirilən prezident seçkilərinin birinci mərhələsi başa çatıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, prezident seçkilərində namizəd olmuş baş nazir Saulyus Skvernyalis məğlubiyyətini etiraf edib. O bu məğlubiyyətdən sonra hökumət başçısı vəzifəsindən istefa verəcəyini təsdiq edib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə, seçkidə səsvermə hüququ olan əhalinin 55 faizi iştirak edib.

Son məlumatlara görə, 1972 seçki dairəsindən 1586-nın bülletenlərinin hesablanmasından sonra Skvernyalis 22,24 faiz səslə rəqiblərinə məğlub olub. 15 gündən sonra keçiriləcək prezident seçkilərinin ikinci turunda Qitanas Nausedə (31,52% ) və keçmiş maliyyə naziri İnqride Şimoniteyə (26,76%) mübarizə aparacaq.