Azərbaycan hərbi helikopterləri “Anatolian Phoenix-2019” beynəlxalq təlimdə iştirak etmək üçün Türkiyəyə yola düşüb

Azərbaycan hərbi helikopterləri “Anatolian Phoenix-2019” beynəlxalq təlimdə iştirak etmək üçün Türkiyəyə yola düşüb

11 May 2019 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 13-dən başlayacaq "Anatolian Phoenix-2019" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Mediainfo.az-a MN-dən verilən xəbərə görə, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.