Azərbaycan G-20 ölkələri Xarici İşlər nazirlərinin iclasına rəsmi dəvət alıb

Azərbaycan G-20 ölkələri Xarici İşlər nazirlərinin iclasına rəsmi dəvət alıb

16 Fevral 2012 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə, Azərbaycan G-20 ölkələri Xarici İşlər nazirlərinin fevralın 18-20-də Meksikada keçiriləcək iclasına rəsmi dəvət alıb. Dəvət bu il G-20-yə sədrlik edən Meksikadan gəlib. E.Abdullayev bildirib ki, Azərbaycanın Böyük İyirmilik Ölkələri toplantısına dəvət olunması dövlətimizin beynəlxalq arenadakı növbəti uğurudur.

O.M.