Venesuelada dövlət çevrilişi cəhdinin təşəbbüskarı Bolton olub

Venesuelada dövlət çevrilişi cəhdinin təşəbbüskarı Bolton olub

10 May 2019 08:20
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp Venesuelada çevriliş cəhdinin uğursuz olmasından sonra Maduronu devirməyin asan olacağını deyən məsləhətçilərinin onu yanıltmasından şikayətlənib.

Bu iddia ilə "Vaşinqton Post" qəzeti çıxış edib. Trampın bu məsələdə milli təhlükəsizlik üzrə müşavirini (Bolton) günahkar gördüyü və onu ölkəni müharibəyə sürükləməkdə ittiham etdiyi bildirilib.

Məqalədə həmçinin ABŞ-ın Venesuela siyasətində hər hansı bir dəyişiklik olmadığı, Maduronun devrilməsinin uzunmüddətli diplomatik məsələ kimi qarşıya qoyulduğu qeyd edilib(.axar.az)