Putin məni Moskvaya çağırmadı - Lukaşenko

Putin məni Moskvaya çağırmadı - Lukaşenko

9 May 2019 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada Qələbə gününə həsr edilən hərbi parada qatılmamağımda hansısa konspirologiya axtarmağa ehtiyac yoxdur.

Bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Əgər Rusiya bizi dəvət etsəydi və biz bundan imtina etsəydik, o zaman "Moskvadakı tədbirə heç kim gəlmədi" demək olardı. Əvvəla, məni Moskvadakı tədbirə dəvət etməmişdilər, ikincisi isə hətta dəvət etsəydilər, o zaman Moskva və Minskdəki tədbirləri ayırmaq çətin olardı. Axı, Belarusda da eyni formada keçirilən tədbirə qatılmaya bilmərəm. Əgər mən burada görünməsəydim, o zaman mənə çoxlu sayda suallar yönələrdi. Belaruslar nə deyərdi?" – deyə o bildirib.