Türklərin hədəfi S-400 və F-35-lərin hər ikisini almaqdır

Türklərin hədəfi S-400 və F-35-lərin hər ikisini almaqdır

8 May 2019 08:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin məqsədi həm S-400 raket əleyhinə müdafiə sistemlərini, həm də F-35 hərbi təyyarələrini almaqdır.

Bunu rusiyalı hərbi ekspert Oleq Ponomarenko bildirib.

"Türkiyə ABŞ müdafiə sənayesinin bir halqasıdır. Əgər ABŞ F-35-lə bağlı sanksiya tətbiq edərsə, Türkiyə alternativ variant üçün Rusiyaya müraciət edə bilər və biz böyük məmnuniyyətlə kömək edərik. Amma yenə də ABŞ-ın sanksiyaları zaman və texnoloji əməkdaşlıqda itkiyə yol açır ki, Türkiyə də bunu heç vaxt istəməz. Türklərin hazırki hədəfi hər ikisini almaqdır. ABŞ-a işçi qrupu yaratmaq təklifi də vəziyyəti yumşaltma və eyni zamanda istədiklərini əldə etməkdir", - Ponomarenko vurğulayıb.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bütün tərəddüdləri aradan qaldırmaq üçün ABŞ və NATO-ya birgə işçi qrupu yaratmaq barədə təklif edib.(axar.az)