Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Bakı Əl Oyunları İdman Sarayında qurultay keçirməsinə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Bakı Əl Oyunları İdman Sarayında qurultay keçirməsinə icazə vermədi

15 Fevral 2012 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Bakı Əl Oyunları İdman Sarayında qurultay keçirməklə bağlı müraciətinə cavab verib. BŞİH qurultayın Əl Oyunları İdman Sarayında keçirilməsinə icazə verməyib: "Bizə Əl Oyunları İdman Sarayında qurultay keçirməyə icazə verməməklə yanaşı, alternativ yer də təklif olunmayıb". Qeyd edək ki, Müsavat Məclisi partiyanın VIII qurultayının martın 3-4-də keçirilməsi qərara alınıb.

O.M.