Günün fotosu
Günün videosu
Şərhsiz
Erməniyönümlü politoloqdan Qarabağ  hədəsi

Erməniyönümlü politoloqdan Qarabağ hədəsi

7 May 2019 08:28
37
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in Minsk Qrupunun həmsədri olan iki dövlətin prezidenti – Makron və Trampın Qarabağ vecinə də deyil. Onlar bu məsələ ilə Qarabağ onlardan çox uzaqda yerləşdiyinə görə məşğul olmurlar. Putin isə Qarabağ bizim yanımızda yerləşdiyi üçün məşğul olur.

Bunu "1in.am" saytına açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib. Onun sözlərinə görə, Yaxın Şərqdən Cənubi Qafqaza müharibə yayılsa, bu, təkcə Ermənistan və Azərbaycana yox, Rusiyaya da təsir göstərəcək:

"Biz gərək bu tip inkişafa mane olacaq. Məsələ bundadır. İkincisi, Rusiya üçün böyük hesabla Qarabağın Ermənistan və ya Azərbaycana məxsus olmasının önəmi yoxdur. Biz Xankəndini almağa və onu Rusiyaya birləşdirməyə hazırlaşmırıq.

Rusiyanın Ermənistan və Azərbaycan üçün mövqeyinin təhlükəsi bu cürdür. Əgər iki tərəf razılaşmasa, əgər cənubdan, xüsusilə də İrandan Araz xətti boyunca destabilizasiya üçün təhdid gəlsə, bu, Cənubi Qafqaza təsir etməyə başlayacaq. Bu halda ruslar Azərbaycan və Ermənistanın etirazlarına rəğmən Araza çıxacaqlar. Ona görə ki, ruslar nə azərbaycanlıları, nə də erməniləri müdafiə edəcək, onlar yalnız özlərini və maraqlarını qoruyacaq. Məhz bu faktor hər kəsin qarşısını alır. Ruslar deyirlər ki, biz heç bir şərt irəli sürmürük, siz razılaşın. Əgər razılaşmasanız və əgər bizim burnumuzun ucunda müharibə olsa, o zaman biz öz hədəflərimizi reallaşdıracağıq".