"Son 40-50 ildə dünyada heç bir münaqişə sona çatmayıb"

"Son 40-50 ildə dünyada heç bir münaqişə sona çatmayıb"

6 May 2019 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Bizim bir problemimiz qalıb. O da Ermənistan-Azərbaycan münaqişəsidir və bunun nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların problemidir. Bu gün Azərbaycan xalqının yaşayış tərzi göz qabağındadır".

Mediainfo.az report-a istinadən xəbər verir ki, bunu Baş Nazirin müavini Əli HəsənovBeynəlxalq Humanitar Yardım üzrə Yaponiyanın "Fuji Optical" özəl şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyinə həsr olunan tədbirdə deyib.

Baş Nazirin müavini bu gün Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün olduğunu xatırladıb.

O, Dağlıq Qarabağ problemi ilə bağlı bəzi dünya ölkələrinin ikili standartlar irəli sürdüyünü bildirib.

Ə.Həsənov qeyd edib ki, münaqişələrə son qoyulması istiqamətində dünyada qəbul olunan bütün qərarlar sadəcə olaraq kağız üzərindədir: "Çox təəssüf hissi ilə demək istəyirəm ki, dünyada son 40-50 ildə heç bir münaqişə sona çatmayıb. Bu gün dünyada hökm sürən münaqişələrin baş verdiyi ölkələrin sayı 70-ə çatıb. Bu gün dünyada milyonlarla insan münaqişələrdən əziyyət çəkir. Biz bilirik ki, Qarabağ problemi Azərbaycan xalqının gücü və Prezident İlham Əliyevin iradəsi ilə həllini tapacaq".