Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gəlib

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gəlib

6 May 2019 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə mayın 5-də Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Mediainfo.az-ın verdiyi xəbərə görə belaruslu qonaqların Müdafiə nazirliyində yüksək səviyyəli rəsmi görüşlər keçirəcəyi gözlənilir.