Xələf Xələfov yeni vəzifəsinin icrasına başlayıb

Xələf Xələfov yeni vəzifəsinin icrasına başlayıb

5 May 2019 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Xələf Xələfov yenidən Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, X.Xələfov artıq vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, X.Xələfov 1997-ci ildə Xarici İşlər nazirinin müavini təyin edilib. Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə, o, Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunub.

Azərbaycanın Baş Naziri Novruz Məmmədovun sərəncamı ilə o, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdi.

X.Xələfovdan sonra Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Aparat rəhbərinin müavini Natiq Məmmədova həvalə olunub.