Günün fotosu
Günün videosu
Şərhsiz
Şimali Makedoniya yeni prezidentini seçir

Şimali Makedoniya yeni prezidentini seçir

5 May 2019 11:11
45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Şimali Makedoniyada prezident seçkilərinin ikinci turu keçirilir.

Seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 1,8 milyon seçici üçün 3 min 512 seçki məntəqəsi açılıb. İkinci turda hakim Sosial-Demokrat Partiyasının namizədi Stevo Pendarovski və müxalif VMRO-DPMNE Partiyasının namizədi Qordan Silyanovska-Davkova mübarizə aparır. Prezident seçkilərinin aprelin 21-də keçirilən birinci turunda Stevo Pendarovski 42,81 faiz, Qordan Silyanovska-Davkova 42,25 faiz səs toplayıb.

Prezident seçkilərinin birinci turunda iki etnik alban partiyasının namizədi isə Blerim Reka 10,6 faiz səs toplayıb. Hər iki namizəd B. Rekanın seçicilərini ikinci turda ona səs verməyə çağırıb. B. Reka isə seçicilərini öz istəklərinə uyğun səs verməyə dəvət edib.

Qeyd edək ki, bu, Makedoniya 1991-ci ildə müstəqillik əldə etdikdən sonra keçirilən 6-cı prezident seçkisidir. Şimali Makedoniyada icraedici hakimiyyətə baş nazir rəhbərlik edir, prezidentin funksiyası isə əsasən rəsmi xarakter daşıyır.

Xatırladaq ki, bu il fevralın 12-dən etibarən Makedoniya rəsmi olaraq Şimali Makedoniya Respublikası adlandırılıb.(ona)