BMT-dən miqantlara dəstək

BMT-dən miqantlara dəstək

2 May 2019 07:37
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin dəstəklədiyi humanitar evakuasiya çərçivəsində 147 miqrant Liviyadan İtaliyaya gəlib.

Bu barədə BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb. Agentlik bu əməliyyatın 2017-ci ildən başlayaraq həyata keçirilən beşinci evakuasiya olduğunu bildirib.

Qeyd edilib ki, əməliyyat çərçivəsində əslən Eritreyadan, Somalidən, Sudandan, Suriyadan və Efiyopiyadan olan miqrantlar Romadakı hərbi bazaya gəlib. Gələnlər arasında onlarla yeniyetmə və valideynsiz uşaq olduğu diqqətə çatdırılıb.

Məlumat verilib ki, İtaliyanın daxili işlər nazirinin müavini Stefano Kandiani bildirib ki, BMT-nin apardığı yoxlamalar ilə həyata keçirilən bu cür evakuasiyalar müdafiəyə layiq olan insanların Avropaya gəlmələri üçün bir vasitədir.