“Çevrilişin qarşısı alınıb, onu edənlər cəzalandırılacaq”

“Çevrilişin qarşısı alınıb, onu edənlər cəzalandırılacaq”

1 May 2019 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət çevrilişinə cəhd cavabsız qalmayacaq. Ölkənin baş prokuroru ilə müzakirə apardım. Bu iş üçün 3 milli hakim ayrılacaq və onlar bu cəhddə iştirakı olan hər kəsin ifadəsini alaraq araşdırma aparacaq.

Bu sözləri Venesuela lideri Nikolas Maduro dünən ölkəsində baş verən dövlət çevrilişinə cəhd haqqında danışarkən bildirib.

Prezident dövlət çevrilişinə cəhdin qarşısı alınması, sədaqət və intizamına görə Venesuela ordusuna təşəkkür edib.

Maduro çıxışı zamanı deyib ki, dövlət çevrilişi cəhdi sabiq müxalifət lideri Leopoldo Lopez idarə edib: "Sosial şəbəkələrdə son 18 ildir ki, bütün dövlət çevrilişi cəhdlərində iştirak edən və ev həbsindən qaçan Lopezin görüntüləri yayılıb. Dövlət çevrilişini şəxsən özü idarə edirdi. Özünü dövlət başçısı elan edən Xuan Quaydo da çevrilişə dəstək verib".( teleqraf.com)