İranda 30 milyon internet istifadəçisi elektron poçta daxil ola bilmir

İranda 30 milyon internet istifadəçisi elektron poçta daxil ola bilmir

13 Fevral 2012 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

İranın 30 milyon internet istifadəçisinin elektron poçtları blok edilib. Mehr agentliyinin məlumatına görə, iranlılar Gmail, Yahoo və Hotmail-dən istifadə edə bilmirlər. İran rəsmiləri bu hadisədən xəbərsiz olduqlarını bildirməklə yanaşı adıçəkilən problemin onlar tərəfindən yaradılmadığını vurğulayırlar.

Xatırladaq ki, İranda tez-tez Facebook və Twitter sosial şəbəkələri, eləcə də "Voice of America" və "BBC"-nin veb saytları fəaliyyət göstərmir.

O.M.