Azərbaycanlı jurnalistlər Xocalı soyqırımını tanımayan İran səfirinə etiraz etdilər

Azərbaycanlı jurnalistlər Xocalı soyqırımını tanımayan İran səfirinə etiraz etdilər

8 Fevral 2012 18:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Moskvada İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Mahmud Reza Səcədi "Ria Novosti" agentliyində keçirdiyi mətbuat konfransında "Mənim Xocalı soyqırımı haqqında məlumatım yoxdur" deyib. Buna etiraz edən Azərbaycan media nümayəndələri - "Lider" telekanalından Anar Həsənov, "İnteraz" teleşirkətindən Roman Ağayev və APA informasiya agentliyindən Fərid Əkbərov mətbuat konfransını tərk ediblər.
Qeyd edək ki, Pakistan İslam Respublikası və Meksika Xocalı soyqırımını tanıyıb, "İran bu soyqırımı tanımağa hazırlaşırmı" sualına iranlı diplomat cavabında bu sualın onun üçün yeni olduğunu söyləyib: "Mənim bundan xəbərim yoxdur. Xocalı soyqırımı haqqında məlumatla tanış deyiləm. Ona görə də, sizin bu sualınızı cavablandıra bilmərəm".

O.M.