Suriya müxalifəti Bəşər Əsədlə danışıqdan imtina etdi

Suriya müxalifəti Bəşər Əsədlə danışıqdan imtina etdi

8 Fevral 2012 14:10
Bəyəndim (0) Bəyənmədim (0)
Bəşər Əsəd beynəlxalq məhkəməyə verilməlidir

"Suriyada qanı durdurmaq üçün ölkənin hava məkanını bağlamaq lazımdır. Gərək ölkə üzərindən uçuşlar qadağan edilsin. Yalnız bu halda Bəşər Əsəd qətliama son qoya bilər". Bu sözləri Suriya Milli Şurasının nümayəndəsi Radvan Ziyad Avstraliyanın ABC kanalına müsahibəsində deyib. Daha sonra müxalifət nümayəndəsi əlavə edib: "Dünya ictimaiyyəti sakit dayanmamalıdır. Növbəti vetonu gözləmək olmaz. Bəşər Əsəd beynəlxalq məhkəməyə verilməlidir. Onunla heç bir dialoq aparmaq fikrimiz yoxdur".

O.M.