Bəşər Əsəd Rusiyadan möhkəm incidi

Bəşər Əsəd Rusiyadan möhkəm incidi

7 Fevral 2012 15:47
1 184
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident: "Suriya Rusiyaya yük olmaq istəmir"

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov Rusiya prezidentinin xüsusi tapşırığı ilə Suriyada bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüblər. İnterfax-ın məlumatına görə, görüş bağlı qapılar arxasında keçirilib. Rusiya tərəfi hazırladığı yol xəritəsini Bəşər Əsədə şəxsən təqdim edib. Sülh planının təfərrüatı bildirilməsə də, görüşdən sonra B.Əsədin jurnalistlərə gözlənilməz aşıqlaması onun Rusiyadan incidiyini sübut edir: "Rusiya ilə Suriyanın dostluğunun böyük tarixi var. Ancaq Suriya heç zaman Rusiyaya yük olmaq istəmir".

"Голос Росии" radiostansiyası bildirir ki, ikitərəfli görüş zamanı Rusiya Bəşər Əsədə atəşkəs rejimini təklif etməklə yanaşı onun mərhələli şəkildə, Rusiya təminatı ilə istefaya getməsini təklif edib. Rusiya tərəfi həmçinin bildirib ki, artıq Bəşər Əsəd rejimini müdafiə etməkdə bütün resurslar tükənib.

Bəşər Əsədin artıq bir dostu qalır, İran...

Aqil Hüseynov

O.M.