İctimai Palata "Eurovision-2012" mahnı müsabiqəsinə ciddi hazırlaşır

İctimai Palata "Eurovision-2012" mahnı müsabiqəsinə ciddi hazırlaşır

7 Fevral 2012 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarşıdan "Eurovision" yarışması gəlir. Biz mövqeyimizi konkretləşdirməliyik. Avropanın, demokratik dünyanın diqqəti burada olacaq. Biz də öz növbəmizdə bu tədbirə hazırlaşmalıyıq. İqtidar elə düşünməsin ki, bu müsabiqə onun üçün rəvan keçəcək". Bu sözləri İctimai Palatanın (İP) ötən il 2 aprel aksiyasına görə həbs olunanlarla bağlı keçirdiyi tədbirdə İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyanın başqanı İsa Qəmbər deyib. Müsavat başqanı qeyd edib ki, 2 aprel məhbusları müsabiqəyə qədər azad edilməsələr, İctimai Palata aksiyalara başlayacaq: "O zaman baş verə biləcək hadisələrə görə məsuliyyəti biz daşımırıq".

Müsavat başqanı İP-in bununla bağlı ciddi aksiyalara start vermək niyyətində olduğunu vurğulayıb: "Bu aksiyalar müxtəlif formalarda olmalıdır. Bizim gənclər artıq bu prosesə hazırlaşırlar. Biz də bu mərhələyə ciddi hazırlaşmalıyıq". İ.Qəmbərin sözlərinə görə, hazırda İP-in Avropa bürosu ilə də bu yöndə məsləhətləşmələr aparılır: "Avropadan olan müsabiqə iştirakçıları ilə əlaqə qurmağa çalışılacaq ki, onlar da burada öz çıxışlarında həbsdə olanlara dəstək verən fikirlər səsləndirsinlər".

O.M.